Xəbərlər

“Mənim Rəsm”im müsabiqəsi

“Mənim Rəsm”im müsabiqəsi

“Resm” zərgərlik brendi və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, birlikdə uşaqlar üçüb “Mənim Rəsmim” adlı yaradıcılıq müsabiqəsi elan edir. Müsabiqə uşaqların Milli Mədəni İrsimiz – milli naxışlara və ornamentlərə olan marağına dəstək olmağa yönəlmişdir. “Qısa bir zamanda həmyerlilərimizin qəlbinə yol tapa bilmiş “Resm”, milli irsimizə və dəyərlərimizə böyük sevgi ilə yaradılmışdır. Bu müsabiqənin məqsədi bizim balaca rəssamların və gələcəyin dizaynerlərinin ornamentlərə maraqlarını dəstəkləmək və bizim naxışlarımızın tarixi dəyərinin gələcək işlər üçün ilham mənbəyi olduğunu göstərməkdir” Resm” brendinin dizayneri və sahibi Rəsminə Qürbətova qeyd etdi. Azərbaycanın hər güşəsindən olan 6 - 15 yaşadək bütün uşaqlar çəkdikləri ornamenti 30 iyul tarixinədək resm@resm.az elektron ünvanına, “Resm” Facebook səhifəsinin şəxsi mesaj bölümünə göndərməklə və ya saat 11:00-19:00 arası 28 may küç. 46E ünvanında yerləşən Rəsm mağazasına gətirməklə Müsabiqəmizdə iştirak edə bilər. Ərizə forması “Resm” mağazasında və ya www.resm.az saytından yüklənə bilər. İştirakçılar münsiflər heyəti tərəfindən 3 yaş kateqoriyasına bölünəcək (6-8, 9-12, 13-15 yaş) və hər kateqoriyadan 3 qalib seçiləcək. Bundan əlavə, Facebook səhifəmizdə ən çox “Bəyən” toplayan Naxış – izləyici rəğbəti qazanmış qalib sayılacaq. 

Qaliblər 16 sentyabrda bütün işlərdən ibarət sərgidə elan olunacaq və mükafatlarını əldə edəcəklər. Müsabiqədə iştirak etmək üçün: • Artıq mövcud olan naxışı dəyişib və ya yenisini fikirləşib onun A4 kağızında rəsmini çəkmək; • Bu ornamentin qısa tarixçəsini yazmaq: o nəyi simvolizə edir və ya nədən ilham alır; • Iştirakçının soyadı, adı, atasının adı, yaşı və valideyninin telefon nömrəsini göstərmək (ərizə forması www.resm.az linkdən əldə edilə bilər) Seçim kreativlik, ornamentin verilməsi, ustalıq/rəsmin mürəkkəbliyi, mətnin simvolikliyi üzrə aparılacaq. 30 iyuldan başlayaraq, işlər “Rəsm” brendinin facebook səhifəsində yerləşdiriləcək və sosial şəbəkə istifadəçiləri 10 sentyabradək izləyici rəğbəti qazanmış qalibi seçə biləcəklər.

Müsabiqənin bütün qayda və şərtləri ilə saytımızın "Müsabiqə" bölməsində tanış ola bilərsiniz.

BaselWorld 2016 Zərgərlik Sərgisi

BaselWorld 2016 Zərgərlik Sərgisi

Cari ilin 17-24 mart tarixlərində İsveçrənin Basel şəhərində “Resm” öz məhsulları ilə Azərbaycanı Baselworld adlı zərəgərlik sərgisində təmsil etmişdir. Baselworld  zərgərlik sənayesinin ən əhəmiyyətli və ən geniş miqyaslı tədbirlərindən biri sayılır.  45 ölkədən təşrif buyurmuş 2100-dən çox sərgi iştirakçısı dünyanın tanınmış saat və zinət əşyaları istehsalçılarını, habelə qiymətli daşlar üzrə ixtisaslaşan şirkətləri təmsil edirlər. Hər il sərgini 100 mindən artıq qonaq ziyarət edir.

 

 

Dubayda Beynalxalq Zərgərlik Sərgisi

Dubayda Beynalxalq Zərgərlik Sərgisi

Azərbaycanın ilk milli zərgərlik brendi olan “Resm”, 2014-cü ilin 3-6 dekabr tarixlərində keçirilmiş Beynəlxalq Zərgərlik Həftəsində sərgilənmişdir. İstehsalçıları, topdan və pərakəndə satıcıları, peşəkar sənətkarları bir araya gətirən sərgi Dubayın (BƏƏ) Dünya Ticarət Mərkəzində həyata keçirilmişdir.